17 Dekabr 2020 09:49
5 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandakı iqtisadi vəziyyət həqiqətən fəlakətlidir. Bu, büdcənin icrasında, ÜDM-in azaldılmasında, investisiyalarda və regional itkilərdə öz əksini tapacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müxalifətinin baş nazir namizədi Vazgen Manukyan deyib.

Manukyana görə, təqribən 100.000 hektar əkin sahəsi (əvvəllər işğal olunmuş Azərbaycan torpaqları), 315.000 hektar yaşıllıq sahəsi, 15 su elektrik stansiyası və 100 meqavat enerji itirilib.

Eyni zamanda siyasətçi heç bir normal iş adamının Ermənistana əhəmiyyətli bir investisiya qoymayacağını qeyd edərək, ölkənin bu qədər mənfi mənzərədən real investisiya olmadan çıxa bilməyəcəyini söyləyib.

Ermənistanın davamlı olaraq hərbi əməliyyatları yenidən başlatmaqla təhdid edən, qeyri-sabit bir ölkə olduğuna diqqət çəkən Manukyan vurğulayıb:

“Ermənistana yatırımlar yalnız etnik erməni iş adamları tərəfindən qazanc əldə etmək üçün deyil, milliyətlərinə görə edilir. Bu cür investisiyalar genişmiqyaslı ola bilməz və bu səbəbdən vəziyyəti heç bir şəkildə dəyişdirə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu