18 Dekabr 2020 13:30
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun İrəvana səfərdən sonra Azərbaycana gələcəyi bildirilir.

Teleqraf.com bu barədə xarici mənbələrə istinadla xəbər verir.

***

11:31

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov cümə günü tezdən İrəvana gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri artıq İrəvandadır, onu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan qarşılayıb. Artıq onlar arasında görüş keçirilib”, – deyə təhlükəsizlik idarəsindən qeyd ediblər.

Bundan əvvəl “Hraparak” qəzeti A.Bortnikovun Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini müzakirə etmək üçün baş nazir Nikol Paşinyanın xahişi ilə Ermənistan paytaxtına gələcəyini yazmışdı. Qeyd edilirdi ki, Bortnikov İrəvandan Bakıya gedəcək.

Xatırladaq ki, dekabrın əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Moskvaya səfər etmişdi. Səfərin gündəliyi açıqlanmamışdı.


Müəllif: Səxavət