25 Dekabr 2020 14:31
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İstintaq Komitəsi “Milli Təhlükəsizlik” Partiyasının rəhbəri Qarnik İsaqulyanın bəyanatı ilə bağlı cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi zorakılığa açıq çağırış maddəsi üzrə açılıb.

Belə ki, bir neçə gün öncə Q.İsaqulyan “Youtube”da yerləşdirdiyi videoda deyib: “Kim Nikolu vurarsa (güllələyərsə), o, milli qəhrəman adına layiq görülməli və ya ona mükafat olaraq bir milyon dollar verilməlidir”.

Ermənistan İstintaq Komitəsinin Q.İsaqulyana cinayət işi açmasından əlavə partiya sədri ölkə parlamentindəki “Mənim addımım” fraksiyasının başçısı Lilit Makunts tərəfindən də məhkəməyə verilib. L.Makunts Q.İsaqulyandan “Mənim addımım” partiyasının rəhbərinin şərəf və ləyaqətinə dəyən zərərin əvəzini ödəməsini tələb edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər