Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, polkovnik Armen Abazyan Moskvaya gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a xidmətin mətbuat mərkəzindən bildirilib.
Agentliyin əldə etdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Onik Qasparyan da onunla birlikdə Moskvadadır.
Qeyd edək ki, bu, Armen Abazyanın dekabr ayı ərzində Rusiya paytaxtına ikinci səfəridir.