6 Yanvar 2021 17:51
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə vəziyyət olduqca ağırdır. Müxtəlif qüvvələrlə aparılan məsləhətləşmələrin uğursuzluğu ilə ifadə olunan siyasi böhran mövcuddur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xankəndidəki separatı rejimin saxta prezidentinin sabiq müşaviri Tiqran Abramyan deyib.

O, əlavə edib ki, siyasi böhranla paralel olaraq maliyyə və iqtisadi böhran da yaşanır:

“İkincisi, evlərini itirmiş insanların yerləşdirilməsi, onlara lazımi şəraitin yaradılması baxımından maliyyə və iqtisadi böhran var.

Üçüncüsü və ən ciddi problem təhlükəsizlikdir. Bununla bağlı real vəziyyəti nümunə göstərmək olar. Bir çox hallarda azərbaycanlıların mövqeyi ilə bizim aramızda məsafə 30-40-50 metrdir ki, bu da münaqişələr baş verdikdə yeni hadisələrlə dolu olur. Burada yaşayan ermənilərin təhlükəsizliyini təmin edən mexanizmlər hələ təqdim edilməyib. Bu da ora qayıdan insanlar üçün qorxu yaradır”.


Müəllif: Cavad

Oxşar xəbərlər