Ermənistan Prezidenti Armen Sərkisyan bu xəstəliyə xas simptomlarla koronavirus xəstəliyindən əziyyət çəkir, xəstəliyin gedişi ağırdır.
Teleqraf.com xəbər verir ki, bunu prezidentin köməkçisi Asmik Petrosyan cümə günü RİA Novosti-yə bildirib.
“Koronavirusa yoluxması səbəbindən təcrid olunmuş Ermənistan Prezidenti Armen Sərkisyanda xəstəliyin gedişi mürəkkəbdir. Onda xəstəliyə xas olan simptomlar var. Sarkisyan həkimlərin nəzarəti altında müalicəsini davam etdirir və sağlamlıq vəziyyətinə əsasən uzaqdan işləyir və müvəqqəti işləyəcək”, – deyə A.Petrosyan deyib.
O qeyd edib ki, sağlamlıq durumu sabitləşdikdən və həkimlərin icazəsindən sonra A.Sərkisyan prezident vəzifələrini yerinə yetirmək üçün dərhal İrəvana qayıdacaq.
Yanvarın 5-də Ermənistan Prezidentinin administrasiyası yanvarın 3-də Londonda ayağından əməliyyat olunan A.Sarkisyana koronavirus diaqnozu qoyulduğunu açıqlayb. A.Sərkisyan məzuniyyət götürərək yeni ili Londonda yaşayan övladları və nəvəsi ilə qarşılamaq üçün Britaniya paytaxtına gedib. Onun həyat yoldaşı da koronavirusa yoluxub.