15 Yanvar 2021 16:31
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müharibədən əvvəl Türkiyədən qrant alanlar - yəni lobbiçilər Ankara və Bakı ilə münasibətlərin sürətlə normallaşmasında maraqlıdırlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri saxta Erməni Soyqrımı Muzey İnstitutunun keçmiş direktoru, tarix elmləri doktoru Hayk Demoyan deyib.

Hayk Demoyan bildirib ki, bu insanlar (Türkiyədən qrant alanlar) üçün yalnız qrant var: “Ermənistan və erməni xalqının sonrakı aqibətinin nə olacağı onları maraqlandırmır. Onlar üçün qrant almaq dövlət təhlükəsizliyi məsələsindən də vacibdir”.

2020-ci ildə saxta erməni soyqrımının ildönümü çərçivəsində tədbirlərin necə “təşkil” edildiyini xatırladan Demoyan iddia edib ki, tədbir zamanı hər zaman qaldırılan məşhur şüardan “tələb” sözü çıxarılıb:

“Müdafiə ideyası irəli sürülməyə cəhd göstərildi. Məsələn, zorakılıq səhnələri arxa plana keçirildi. Bu, məcburi şəkildə, hətta “təcavüzkar” bir yanaşma fonunda ortaq birgə yaşayışın təşkili üçün işlərin aparıldığını göstərir”.


Müəllif: Cavad