Azərbaycan qarşı müharibədə iştirak edən bir qrup erməni hərbçi və polis hazırda Ermənistan Müdafiə Nazirliyinin qarşısında mitinq keçirir.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, etiraz edənlər təzminat tələbi irəli sürürlər.
350 nəfərdən ibarət olan bu qruplar müharibə zamanı Laçında olublar. Ötən həftəyə qədər təzminat almaq hüquqularının olduğunu belə bilməyiblər. Bunu öyrəndikdən sonra təzminat tələb etməyə başlasalar da, bunun heç bir nəticəsi olmayıb.