1 Fevral 2021 16:27
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağdakı son müharibə bizə başa saldı ki, təhlükəsizlik sistemində elmi yenilikləri tətbiq etmədən müasir müharibə aparmaq mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin sədri, hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, bu günə qədər ölkənin müdafiə və təhlükəsizlik sisteminə vurulmuş ziyanla əlaqədar bir çox vəzifəli şəxsə qarşı cinayət işi açılıb.

Köçəryana görə, buna bəzi məsuliyyətli şəxslər tərəfindən edilən həddindən artıq laqeydlik və yüksək korrupsiya səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər