3 Fevral 2021 11:08
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Robert Köçəryan, Serj Sərkisyan, Qagik Sarukyan, Artur Vanesyan və Saqatelyan Paşinyanı devirməyin yollarını axtarır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert sabiq prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı adları çəkilən şəxsləri seçməsinin təsadüfi olmadığını bildirib:

“Dünən axşam saatlarında Robert Köçəryan, Serj Sərkisyan, Qagik Sarukyan, Artur Vanesyan və Saqatelyan arasında hakimiyyəti ələ keçirməyin yolları ilə bağlı görüş baş tutub. Vanesyandan başqa digərləri faşist davranışları ilə seçilən şəxslərdir. Görüşdə bu gün Ermənistanda siyasi arenada olan qatı Rusiya tərəfdarları iştirak ediblər.

Birincisi, daşnakların həmişəki kimi, Köçəryanın xaltasına bağlı olduqları hər kəsə məlumdur.

İkincisi, Sarukyan maliyə maqnatı olaraq, Paşinyana qalib gəlməkdə xüsusi rola malik ola bilər. Paşinyan devrilərsə, o, gələcək hakimiyyətdə biznes imperiyası üçün güzəştlər əldə edəcək. Onu da unutmaq olmaz ki, Qagik Sarukyan Ermənistanda Moskvanın ən yaxın adamlarından biridir.

Vanesyana gəldikdə, o, bu gün Ermənistanda hakimiyyət görmüş və qocaman sayılan digər siyasətçilərdən fərqli olaraq, yeni fiqur kimi əhalinin simpatiyasını qazana bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər