Ermənistanda atıcı diviziyalardan birinin keçmiş komandiri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və cinayət törətməkdə ittiham olunur.
Teleqraf.com xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
Qeyd olunub ki, keçmiş yüksək rütbəli hərbçi vəzifəsinin əksinə olaraq 11 oktyabr 2020-ci ildə Hadrut yaxınlığında əraziyə göndərilən 72 əsgərdən ibarət qrupu qarşılamayıb.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrini hərbçiləri düşmən əsgərlərinin yarısını məhv edib. Təşvişə düşən erməni hərbçilərini yarısı ərazidən qaçıb və bu günə qədər onlardan xəbər yoxdur.
Adı çəkilməyən hərbçiyə qarşı qəti imkan tədbiri kimi olduğu yerdən ayrılmamaq barədə qərar qəbul edilib.