24 Fevral 2021 21:54
1 944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyətinin Qarabağdakı 44 günlük müharibə ilə bağlı faktları toplamaq istəməməsi təəccüb yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmond Marukyan deyib.

O, Ermənistan hakimiyyətinin müharibə ilə bağlı faktları toplamaq üçün paritet əsasda bir komissiyanın yaradılmasına qarşı olduğunu bildirib.

Marukyan ölkə rəhbərliyinin cavab verilməli olduğu vacib sualların olduğunu söyləyib:
“Keçmiş və hazırkı hökumətin nümayəndələri, müdafiə və təhlükəsizlik orqanlarının rəhbərləri, səhra komandirləri və başqaları müharibə ilə bağlı müsahibələr verməyə davam edəcəklər, yoxsa, paritet əsasda bir komissiyanın yaratmağın vacibliyini anlayacaqlar və yaratmaq üçün siyasi iradə göstərəcəklərmi? Cəmiyyətdə narahatlıq və həyəcan yaradan suallara cavab vermək lazımdır”.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl keçmiş prezident Serj Sərkisyanın hərbi əməliyyatlar zamanı “İskəndər” sistemlərindən istifadə edilməməsi ilə bağlı ittihamına cavab verib: “Sərkisyanın cavabını bildiyi sualı verir. Qoy indi bu suala cavab versin, “İskəndə” raketi niyə partlamadı? Yaxud, niyə, məsələn 10% partladı?”.

Paşinyan Azərbaycan tərəfinə atılan, amma partlamadığını iddia etdiyi raketin 1980-ci illərin silahı olduğunu bildirib.
Ermənistan rəhbəri bununla əməliyyatlar zamanı Azərbaycana qarşı müharibə cinayətləri işlədiklərini də etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər