2 Mart 2021 10:43
2 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan baş qərargah rəisi Onik Qasparyanla bağlı açıqlamasını əsaslandırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

“Nikol Paşinyan bildirdi ki, baş qərargah rəisi Onik Qasparyan Serj Sərkisyanın əmrlərini yerinə yetirir. Biz dərhal Nikol Paşinyandan bunun sübutlarını təqdim etməsini tələb edirik”, - fraksiya rəhbəri vurğulayıb.

Marukyan erkən seçki keçirilməsi təklifinin qüvvədə qaldığını da söyləyib.

Nikol Paşinyan dünən tərəfdarlarının mitinqi zamanı Onik Qasparyanın eks-prezident Serj Sərkisyanın əmrlərini yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, baş qərargah rəisinin onun əmrlərini yerinə yetirməsi xəyanətdir.

Əlavə edək ki, ötən həftə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş naziri istefaya çağıran bəyanat yayımlayıb. Paşinyan bundan sonra qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər