3 Mart 2021 16:31
13 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Rusiya ilə əcnəbilərin Dağlıq Qarabağ ərazisinə girişi rejiminin təşkilini müzakirə edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan deyib.

Sinanyan bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini söyləyib:

“Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problem yaşamağa başlayıblar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar da Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və qarşıdakı yayda belə bir vəziyyət ola bilər ki, bir çox insan Dağlıq Qarabağa getmək istəsə də, yeni rejimə görə bunu edə bilməyəcəklər”.

Onun sözlərinə görə, söhbət Xankəndi, Xocavənd və ya Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən gedir.

“İndi yeni rejim elədir ki, Ermənistandan Dağlıq Qarabağa getmədən yeddi gün əvvəl bir ərizə təqdim etməli, siyahı rus sülhməramlılarına verilməli və sonra kimin gələ biləcəyinə qərar verilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər