9 Mart 2021 20:13
2 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri baş Qərargahının rəis müavini, general-leytenant Andranik Makaryana cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin hərbi istintaq idarəsində araşdırılan cinayət işlərindən birində Makaryanın müttəhim qismində ittiham olunduğu bildirilib.

“Cinayət işi və ittihamın məzmunu barədə ilkin istintaq məlumatlarının məxfiliyinə əsaslanaraq əlavə məlumat verə bilmirik”, - açıqlamada qeyd olunub.

Makaryan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın və digər hərbi personalın Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə verdiyi bəyanata qoşulmayan dörd hərbi qulluqçudan biridir.

Erməni mediasının yazdığına görə, Markaryan Qarabağdakı müharibənin nəticələrindən sonra açılmış cinayət işlərindən birinin onun rəhbərlik etdiyi idarənin fəaliyyəti ilə əlaqəli olması səbəbindən Baş Qərargahın bəyanatını imzalamayıb.

Erməni mənbəsinin iddiasına görə, söhbət müharibədə Zəngilanda yoxa çıxan bir qrup hərbçidən gedir. Erməni mediası hərbçilərin itkin düşdüyünü, talelərinin naməlum olduğunu və bunda Markaryanın rəhbərlik etdiyi idarənin məsuliyyət daşıdığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər