“Ermənistan Qarabağdakı müharibədən xeyli əvvəl Rusiyadan sursatsız “Su-30SM” qırıcıları alıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Təyyarə aldıq, may ayında (2020-ci il) gətirildi. Amma müharibədən əvvəl raket almağa vaxtımız yox idi. Təyyarələr vaxtında alınmalıydı ki, raketlərini də vaxtında ala bilək. Niyə 26 illik dövlətdə döyüş təyyarəsi yox idi, kimsə bunu izah edə bilər?”, - Paşinyan söyləyib.
Bundan əvvəl, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan Rusiyadan alınan “Su-30SM” qırıcılarının döyüş sursatı ilə təchiz olunmadığını bildirmişdi.