26 Mart 2021 16:31
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Ermənistanın və qondarma “dqr” keçmiş rəhbərləri arasında görüş keçirilib.

Teleqraf.com erməni saytlarına istinadən bildirir ki, görüşdə Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərksiyan, Arkadi Qukasyan və Bako Saakyan iştirak edib.

Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan faktı təsdiqləyib.

Mətbuat katibi deyib ki, görüşdə müharibədən sonrakı vəziyyət və gələcək inkişafla bağlı bir sıra məsələlər müzakirə edilib.

Ehtimal etmək olar ki, görüşü təşkil edənlər bu şəxslərin seçkilərdə bir araya gəlməsinin mümkünlüyünü sınaqdan keçirməyə çalışır.

Digər tərəfdən görüş dünən keçirilsə də xəbər bu gün yayılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər