“Onik Qasparyan müharibənin dördüncü günü dedi ki, savaş dayandırılmalıdır, bu barədə bizə hesabat təqdim etdi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.
Tonoyan keçmiş qərargah rəisi Onik Qasparyanın müharibənin dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında bir hesabat təqdim etdiyini bildirib: “Bu hesabata görə, müharibə dayandırılmalı idi”.
Keçmiş müdafiə nazirinin sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının iclaslarında dövlət sirləri müzakirə olunur və indi onun dövlət sirrini açıqlamaq istəyi yoxdur:
“Müharibənin nəticələri və gedişatı barədə düzgün araşdırma aparıldıqda, bütün suallara cavab alacağıq. Bu araşdırmada iştirak etməyə hazıram”.
Keçmiş müdafiə naziri müharibədə Azərbaycana qarşı “İsgəndər” raketlərinin istifadə edilib-edilməməsi ilə bağlı sualı da cavabsız qoyub. O, dövlət sirlərini açmaq fikrində olmadığını söyləyib.