“Ermənistan Rusiyadan “Su-30SM” qırıcıları və bu təyyarələr üçün silah-sursat alışını davam etdirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Ermənistanın Rusiya silahlarının, xüsusən də “Su-30SM” qırıcıları və bu təyyarələr üçün silah-sursat alışını davam etdirməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala baş nazir müsbət cavab verib:
“Bu suala müsbət cavab verəcəyəm, çünki bunlar müasir, çoxfunksiyalı qırıcılardır. Onların əldə edilməsi həm ikitərəfli müqavilə, həm də silahlı qüvvələrin inkişafı proqramı ilə təmin edilir”.
Qeyd edək ki, Paşinyan bundan əvvəl verdiyi açıqlamada Rusiyadan satın alınmış “Su-30” qırıcıları üçün raket alınmadığını açıqlamışdı.