14 May 2021 12:33
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ötən 24 saat ərzində 230 nəfər COVID-19 virusuna yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu günədək Ermənistanda 220 447 koronavirusa yoluxub. Ölkədə son sutkada 10 nəfər COVID-19-dan ölüb. Virusdan ölənlərin ümumi sayı 4 301-ə çatıb.

Ölkədə koronavirusa yoluxan 207 464 nəfər sağalıb. Hazırda 7 267 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.


Müəllif: Teleqraf.com