Xankəndində qalan separatçı tör-töküntülərinin sözdə “dövlət və maliyyə naziri” Qriqori Matirosyan istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, separatçı cinayətkar bu barədə öz Feysbuk hesabında qeyd edib.
Ermənistan Xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra Matrisyanın “istefası” diqqətdən qaçmayıb.
Proseslər deməyə əsas verir ki, Ermənistanda ictimai-siyasi ab-hava kəskinləşdikcə, bu ölkə Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olduqca Xankəndindəki separatçıların da zəifləməsi prosesi inkişaf edəcək.