Daşnaksütyun Partiyasının Qərbi Avropadakı təşkilatının mərkəzi komitəsi Nikol Paşinyanın Paris və Brüssel səfərini boykot edir.
Teleqraf.com xəbər verir ki, bu barədə mərkəzi komitə məlumat yayıb.
Bəyan edilib ki, Paşinyan rəsmi olaraq Ermənistanı təmsil etmir, baş nazirlik uğrunda mübarizə aparan namizədlərdən biridir və səfər seçkiqabağı təbliğat xarakteri daşıyır.
Daşnaksütyunun Avropadakı qanadı elan edib ki, Nikol Paşinyanın bu gedişinə şəxsi səfər kimi yanaşırlar və Paşinyanla görüş və təmasları rədd edir.
Qeyd edək ki, bu gün Nikol Paşinyanın Paris və Brüsselə səfəri planlaşdırılır. Paşinyan Parisdə prezident Makron, Brüsseldə isə Avropa Şurasının prezidenti Ç.Mişellə görüşəcək.