Bütün ermənilərin katolikosu II Qaregin dünən axşam saatlarında Qarabağa gəlib.
Teleqraf.com xəbər verir ki, Qaregin Xocavəndin Sos kəndindəki qədim alban məbədi - Amaras monastırına baş çəkib.
Ermənilərin katalikosu dindar hərbi qulluqçularla işləmək üçün Rusiya sülhməramlılarının tərkibində Qarabağa göndərilmiş keşiş Boris Qrişinlə görüşüb.
Qrişinin sülhməramlı kontingentin komandiri Rüstəm Muradovun köməkçisi olduğu bildirilib.