Ermənistanda erkən parlament seçkilərinin təşviqat mərhələsi rəsmən başlayıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, təşviqat kampaniyası iyunun 18-nə qədər davam edəcək.
Ermənistanda 20 iyunda keçiriləcək seçkilərdə elektron səsvermə 11 iyundan başlayacaq və 13 iyuna qədər davam edəcək.
Seçkilərdə 26 siyasi qüvvə iştirak edəcək. Bunun 4-ü blok, 22-si siyasi partiyadır.
Seçkilərdə 4 iddialı aparıcı qüvvə arasında rəqabət gedəcək. İndiki baş nazir Nikol Paşinyanın “Mülki Müqavilə”, birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi, Robert Köçəryanın “Ermənistan”, Serj Sərkisyanın kənardan dəstək verdiyi Vətən Partiyası və Respublika Partiyasının yaratdığı “Mənim şərəfim” bloku mübarizə aparacaq.