Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərinin gedişatında bir sıra qanun pozuntuları qeydə alınıb.
Bu barədə MDB müşahidəçiləri missiyasının başçısı İlhom Nematov bildirib.
O, qeyd edib ki, parlament seçkilərinin gedişatında qeydə alınan qanun pozuntuları sistemli deyil və nəticələrə təsir edə bilmir.
"Bəziləri (qanun pozuntuları haqqında xəbərlər) var, hansılar ki, biz polisdən, başqa xidmətlərdən (bu barədə məlumat-red) aldıq, amma bu, sistemsiz xarakterə malikdir və seçkilərin nəticələrinə təsir etmir”, - Nematov deyib.
İlhom Nematov həmçinin bildirib ki, 10 seçki məntəqəsinə baş çəkib.