1 İyul 2021 14:50
3 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın imzaladığı sərəncamla baş nazirin baş müşaviri Araik Arutyunyanın vəzifəsi dəyişdirilib. Belə ki, o, baş müşavir vəzifəsindən azad edilərək Ermənistan Baş naziri aparatının rəhbəri təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytı məlumat yayıb.

Digər bir qərarla keçmiş səhiyyə naziri Arsen Torosyan Baş nazir aparatının rəhbəri vəzifəsindən azad edilib.

Qeyd etdiyimiz kimi A.Arutyunyan bu təyinatdan əvvəl baş nazirin baş müşaviri vəzifəsini tutub. 2018-2020-ci illərdə isə Elm və Təhsil Nazirliyinə rəhbərlik edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər