Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş ərazilərdə aşkarlanaraq qarşı tərəfə təhvil verilib.
Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
Xatırladaq ki, hərbi əməliyyatlar bitdikdən bu günə qədər 1590 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.