8 İyul 2021 15:47
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Armen Sərkisyanın fərmanı ilə Ermənistan silahlı qüvvələrinin 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov tutduğu vəzifədən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xaçaturov Ermənistan konstitusiyasının 133-cü maddəsinin 1-ci bəndi ilə əsasında vəzifəsindən azad edilib (Konstitusiyanın 133-cü maddəsi respublika prezidentinin baş nazirin təklifi ilə, qanunla müəyyən edilmiş hallarda və qaydada silahlı qüvvələrin və digər qoşunların ən yüksək komandanlığını vəzifəyə təyin və vəzifədən azad etməsini nəzərdə tutur).

Prezidentinin mətbuat xidmətindən “Sputnik Ermənistan”a qərarın qəbul olunmasının baş nazir vəzifəsinin icraçısı Nikol Paşinyanın təklifi əsasında verildiyini təsdiqləyiblər.

Qeyd edək ki, hələ keçən ilin noyabrında Xaçaturovun anklavları təslim etdiyi iddiasına görə istefa vermək istədiyi barədə məlumatlar peyda olmuşdu. Lakin “Sputnik Ermənistan”ın mənbələrinə görə, generalı qalmağa razı salmaq mümkün olub, anklavlar məsələsi isə gündəmdən çıxarılıb.

Qeyd edək ki, Q.Xaçaturov bu ilin fevralında Baş Qərargahın hökumətin istefasını tələb etdiyi müvafiq sənədi imzalayaraq onu dəstəkləyib. O, daha sonra tələbini ayrıca bir açıqlama ilə dəstəkləyib. Generalın atası, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov keçmiş prezident Robert Köçəryanla birlikdə konstitusiya quruluşunun devrilməsi işində günahlandırılır.


Müəllif: Səxavət

Oxşar xəbərlər