Qapanmaya getməməyə qərar verdik və ümid edirəm ki, bu qərarı praktik olaraq həyata keçirə biləcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında ölkədə koronavirus hadisələrinin artım tendensiyasına toxunarkən bildirib.
“2020-ci ilin may ayından etibarən koronavirusla yaşamağı öyrənməli olduğumuz bir siyasət qəbul etdik. Peyvəndləmə işləri intensiv şəkildə davam etdirilməli və inzibati tədbirlərə əl atmamağımız üçün mümkün qədər qapalı yerlərdə maska taxma qaydasını qorumaq üçün səylər göstərilməlidir. Ancaq statistika bizi bu addımı atmağa məcbur edərsə, maska taxma qaydasını sərtləşdirəcəyik”, – deyə N.Paşinyan qeyd edib.