16 Avqust 2021 11:50
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gürcüstanla sərhəd bölgələrində 4.5 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Açıqlamada zəlzələnin səhərin erkən saatlarında baş verdiyi bildirilib.

Episentrində zəlzələnin 6 bal gücündə olduğu deyilib.

Zəlzələ Şirak və Lori bölgələrində 4-5, Tavuşda 3-4 bal gücündə hiss edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər