20 Avqust 2021 13:58
4 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan zabit və gizirlər üçün üç aylıq təlim elan edib.

Teleqraf.com xəbər verir ki, təlim-məşq toplanışı avqustun 25-dən noyabrın 25-dək davam edəcək.

Məlumata görə, toplanış iştirakçıları lazım gəldikdə döyüş növbətçiliyinə cəlb olunacaqlar. Üç ay müddətində təlim düşərgələrini təmin etmək üçün hərbi orqanlardan 110 ədəd nəqliyyat vasitəsi cəlb olunacaq.

Təlim düşərgəsinə qatıldığı müddət ərzində həmin şəxslər hərbi qulluqçu sayılacaq. İştirakdan boyun qaçıranlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər