4 Noyabr 2021 14:59
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın səhiyyə naziri Anait Avanesyan ölkədə koronavirusa qarşı 852 355 peyvəndləmə aparıldığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu gün hökumətin iclasında çıxış edən nazir birinci doza qəbul edən vətəndaşların sayının 588 562, ikinci dozanı alanların sayının 263 793 nəfər olduğunu deyib.

O qeyd edib ki, xəstəxanaya yerləşdirilən 3000-dən çox vətəndaşdan 97-si peyvənd olunub.

“Yataq ehtiyatımız 3120-yə yaxındır və hazırda gərgin vəziyyətdədir. Bizdə xəstəxanaya yerləşdirmə gözləyən vətəndaşların sayında cüzi azalma var, amma çarpayılar bir saniyə belə boş qalmır. Biz əlavə çarpayıların cəlb edilməsi üzərində işləyirik”, - deyə A.Avanesyan vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər