10 Noyabr 2021 21:13
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan müharibədə məğlubiyyətin yaratdığı ciddi siyasi böhrandan çıxa bilib və bu, özlüyündə real uğurdur”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu AŞPA məruzəçiləri K.Klyinen və B.Oberqin bu ilin noyabrın 3-5-də Ermənistana etdikləri səfərin yekunu üzrə bəyanatlarında qeyd ediblər.

Bəyanatda bildirilir ki, siyasi böhranın yüksək qütbləşmiş mühitdə davam etməsinə baxmayaraq erkən seçkilərin keçirilməsi ilə bu aradan qaldırılıb.

“Bu qütbləşmə təəssüf ki, parlamentdə mövcuddur və müxalifətin konstruktiv və hörmətli şəkildə, eləcə də fərqli siyasi oriyentasiyalarla qarşı-qarşıya qaldığı əsl parlament mədəniyyətinin bərqərar olmasına kömək etmir. Digər tərəfdən, aydındır ki, institusional balanslar yaradılır və müəyyən nəzarət və tarazlıqlar var. Biz Ermənistan hakimiyyətini bu yolu davam etdirməyə və lazım gələrsə konstitusiya statusu verməklə digər qurumların, məsələn Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının müstəqilliyini təmin etməyə çağıra bilərik”.

Həmməruzəçilər qeyd edirlər ki, onlar yaxşı anlayır ki, Ermənistan əhalisinin və hakimiyyət orqanlarının məhkəmə sisteminə inamı bir neçə ildir ki, aşağı səviyyədədir: “Məhkəmə sistemində islahat zəruridirsə, bu, Avropa standartlarına münasib formada, xüsusən hakimlərin zəmanətli səlahiyyət prinsipinə uyğun olaraq, onların vəzifəsinin ləyaqətinin və vicdanlığının qorunduğu bir mühitdə aparılmalıdır.

Media ilə bağlı vəziyyətə gəlincə, həmməruzəçilər qeyd edir ki, Ermənistan hakimiyyəti müharibədən sonra görünməmiş səviyyədə dezinformasiya və nifrət nitqi ilə üzləşib: “Bu, hökumətin ifadə azadlığının hüdudlarını sərtləşdirməyə hazır olmalarını, təhqirlərə görə cərimələri artırmaq və ya “ağır təhqirləri” kriminallaşdırmaqla izah edə bilər. Bununla belə, müstəsna qabaqlayıcı sanksiyalardan başqa, digər alətlər də var və biz Ermənistan hakimiyyətini media mülkiyyətinin şəffaflığı, jurnalistlərin qeyri-müəyyən statusu və özünütənzimləmə mexanizmlərinin həllinə yönəlmiş hərtərəfli orta və uzunmüddətli strategiya hazırlamağa çağırırıq”.


Müəllif: Nemət