“Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyi və orduya nəzarət etmək üçün kadr axtarışındadır”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın işdən çıxarılması ilə bağlı siyasi qərar var:
“Baş qərargah rəisini əvəz edə biləcək münasib kadr olmadığından yeni nazir hələ ki, tələsmir. Amma o, kadr axtarışındadır.
Artak Davtyanın dəyişdirilməsi imperativinin iki səbəbi var. Əvvəla, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin səviyyəsi və təşkilatçılığı qənaətbəxş deyil, buna görə Artak Davtyanın bilavasitə məsuliyyət daşıdığı bildirilir.
Digər yandan, ona qarşı ittiham irəli sürülüb. Buna görə də, Artak Davtyanın tezliklə həbs olunacağı istisna edilmir. Həm də ona görə ki, onun dəyişdirilməsi ilə bağlı siyasi qərar qəbul edilib”.