24 Noyabr 2021 00:20
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü axşam saatlarında KİV və qeyri-hökumət təşkilatlarının suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Brüssel və Soçidə qarşıdakı görüşlər barədə danışan N.Paşinyan deyib:

“Vəziyyətdən belə çıxır ki, situasiyanı həll etmək, həll yollarını tapmaq və böhranlardan qaçmağa çalışmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha tez-tez olmalıdır. Ancaq noyabrın 26-da Soçidə və dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlərdə biz müxtəlif formatlarda müzakirə olunan gündəliyi qarışdırmamağa çalışacağıq.

Rusiya Prezidentinin vasitəçiliyi ilə Soçidə keçiriləcək görüşlə bağlı danışıqlar xeyli əvvəl başlayıb. Hesab edirəm ki, bu cür görüşlərin razılaşmaları ilə bağlı xəbərlərə müsbət cavab verilməlidir.

Brüsseldəki görüş də yeni deyil, çünki bu ideya Avropa İttifaqının prezidenti Şarl Mişel tərəfindən onun yayda regiona səfəri zamanı irəli sürülüb.

Brüsseldə müzakirə olunacaq məsələlər arasında humanitar məsələlər, o cümlədən saxlanılan şəxslərlə bağlı məsələlər də olacaq. Brüsseldə Azərbaycan Prezidenti ilə təkbətək müzakirə imkanı var. Mən buna hazıram, amma biz başa düşməliyik ki, müzakirənin konkret mövzusu olmalıdır və birinci mövzu vəziyyətin ümumi qiymətləndirilməsi olmalıdır və nəticədə vəziyyətin sabitliyinin pozulmasında kimin maraqlı olduğu aşkarlanmalıdır”.

N.Paşinyan daha sonra noyabrın 9-da keçirilməsinə dair informasiya yayılan görüşün baş tutmamasının səbəbini açıqlayıb.

O deyib:

“Noyabrın 9-da onlayn üçtərəfli görüşün (Nikol Paşinyan-Vladimir Putin-İlham Əliyev-S.Həmid) keçirilməsi ideyası var idi və mən bunun bizim üçün problematik olduğunu dedim. Mən açıq demişəm ki, noyabrın 9-u bizim üçün ağır və acı gündür, lakin həmin görüşün nəticəsində konkret nəticəyə razılaşa biləcəyimiz ortaya çıxarsa, mən o acılığı götürməyə və orada iştirak etməyə hazıram. Sonra biz belə bir razılığa gələ bilməyəndə sadəcə bildirdim ki, 9 noyabr simvolizmi bizim üçün yaxşı deyil, ona görə xahiş etdim və iclasın noyabrın 15-nə keçirilməsini təklif etdim.

Sonra mənim müdafiə etdiyim üzbəüz görüş ideyası gəldi və nəticədə razılıq əldə olundu. Ermənistan danışıqlara, birgə işləməyə, qarşılıqlı məqbul həll yollarını tapmağa hazırdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər