25 Noyabr 2021 11:22
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvandakı mağazalarda üzərində Türkiyə bayrağı olan uşaq oyuncaqları satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nek Qriqoryan adlı erməni Feysbuk istifadəçisi yazıb.

O, oyuncaq silahların Çindən gəldiyini, üzərində Türkiyə bayrağının olduğunu bildirib.

“Türkiyə malları Ermənistana başqa ölkənin məhsulu kimi daxil ola bilərmi? Bəlkə Çində Ermənistan-Türkiyə münasibətlərindən xəbərləri yoxdur. Bunun səbəbi ya baş verənlərə müvafiq dövlət nəzarəti orqanının olmamasıdır, ya da bilərəkdən edirlər”, - Qriqoryan yazıb.

O, oyuncaqları Ermənistan bazarlarına “AyaspesGroup” adlı şirkət olduğunu bildirib. Qriqoryan şirkət rəhbərinin türk əsilli olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər