25 Noyabr 2021 17:38
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın ən böyük səhvi Ermənistanın sərhədlərini millimetr dəqiqliklə bildiyimizi deməsidir. Bu ölkədə heç kim Ermənistanın sərhədlərini dəqiq bilə bilməz. Mən bunu təhlükəsizlik üzrə mütəxəssis, sərhəd qoşunlarının rəisi olmuş şəxs kimi deyirəm”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu müxalif “Mənim şərəfim var” blokunun parlament fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) keçmiş direktoru Artur Vanetsyan bildirib.

Delimitasiya və demarkasiya proseslərinə gəlincə MTN-in keçmiş direktoru deyib ki, bunlar zəruri proseslərdir, lakin onların öz proseduru və zəruri ilkin şərtləri olmalıdır və baş nazirin sovet xəritələrinə istinadla verdiyi bəyanatlar əsassızdır. “Sovet dövründə Sovet Ermənistanı yalnız İran və Türkiyə ilə həmsərhəd idi. Bizim Azərbaycan və Gürcüstanla inzibati sərhədlərimiz var idi və inzibati sərhədlər dövlət sərhədlərindən əhəmiyyətli dərəcədə fərqlənir”, - Artur Vanetsyan bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər