Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin təhvil verdiyi iki erməninin adını açıqlayıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunlardan biri 2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernestoviç, digəri 1993-cü il təvəllüdlü Aren Jirayroviç Aramyandır.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan tərəfi iki əsiri Ermənistana təhvil verdiyi barədə məlumat açıqlamışdı.
Soçi görüşü öncəsi bu addım Azərbaycan tərəfinin xoşməramı kimi qəbul edilməlidir.