Ermənistanda hərbi hissələrin birində atışma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dünən saat 19:30 radələrində ölkənin cənub istiqamətində yerləşən hərbi hissələrin birində bir əsgərin açdığı atəş nəticəsində müddətli həqiqi hərbi qulluqçu, sıravi əsgər Senik Aşotoviç Arzumanyan ölümcül yaralanıb.
Müdafiə Nazirliyi əlavə edib ki, hadisə zamanı daha iki hərbçi yaralanıb.