Ermənistan Mülki Aviasiya Komitəsi (KAC) “Flyone Armenia” hava yollarına İrəvan-İstanbul reysi üzrə qeyri-müntəzəm uçuşlar həyata keçirmək üçün icazə verib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, komitə aviaşirkətə müəyyən edilən marşurut üzrə həftədə 3 reys həyata keçirmək üçün razılıq verib.
Ermənistan Mülki Aviasiya Komitəsindən bildiriblər ki, Türkiyənin “Pegasus” aviaşirkətindən İstanbul-İrəvan uçuşları həyata keçirmək üçün onlara müraciət daxil olub və hazırda bu sorğuya baxılır.