“Müxalifət nümayəndələri, ekspertlər və sadə vətəndaşlar bir neçə gündür Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı açıqlamasını müzakirə edir. Ermənilər qəzəbləniblər”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Belarus prezidenti Vladimir Solovyova müsahibəsində Rusiya-Belarus İttifaq Dövlətinə yeni ölkələrin qoşulması perspektivlərindən danışarkən Ermənistanın da adını çəkib: “Ermənistanın getməyə yeri yoxdur. Sizcə, kimsənin onlara ehtiyacı varmı? Düşünürəm ki, Nikol Vovayeviç bunu bilir”.
Erməni nəşri qeyd edib ki, Baş nazir Nikol Paşinyan Lukaşenkonun qarşısında müəmmalı şəkildə susur:
“Nikol Paşinyan Belarus liderinin açıqlamasına heç bir reaksiya vermədi, bunu Xarici İşlər Nazirliyi və “Vətəndaş Müqaviləsi”nin parlament fraksiyasının üstünə atdı. Lukaşenkonun bəyanatını eşidib ölkənin əsas siyasi tribunasına hücum edərək ona “adekvat cavab” verməyə tələsən “Vətəndaş Müqaviləsi”nin deputatları da dünəndən münasibətlərini dəyişərək daha mehribanlaşıblar. “Vətəndaş Müqaviləsi”ndən olan bir deputat qəzetimizə bildirdi ki, “Belə hadisələr həmişə baş verir və biz və Xarici İşlər Nazirliyi buna artıq reaksiya vermişik, ona görə də mövzu qapalı sayıla bilər”.
Görünür, artıq “vəziyyət dəyişib”. İndi Lukaşenkoya adekvat cavab verməkdən yayınır, amma 2018-ci ildə Belarus prezidentinin KTMT-nin qapalı iclasından sonra Azərbaycanın Minskdəki səfirinə bununla bağlı məlumat verməsi onu təəccübləndirmiş, qəzəbləndirmişdi. Yada salaq: Paşinyan hadisə ilə bağlı demişdi ki, 30 il dövlət başçısı olan bir şəxsin belə bir addım atması onu təəccüblənib.
Paşinyan Belarus prezidentindən açıqlama tələb edəcəyini desə də, Lukaşenkodan hansı cavabı aldığını açıqlamadı. Görünən budur ki, onun Lukaşenkonun Ermənistanla bağlı son qalmaqallı açıqlaması ilə bağlı deyəcək heç nəyi yoxdur”.