Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyası “Ermənistan” blokunun təklif etdiyi Şuşa Bəyannaməsinin qınanılması ilə bağlı bəyanat layihəsini dəstəkləməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu hakim fraksiyanın deputatı Qurgen Arsenyan parlamentin Xarici Əlaqələr Komitəsinin Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə tərəfindən ratifikasiyası ilə bağlı müzakirəsi zamanı deyib.
Arsenyan qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi hələ 2021-ci ilin iyununda bununla bağlı iki dəfə öz mövqeyini bildirib.
Deputat Ermənistanın bölgədə dinclik və sülh istədiyini deyib.
“Ermənistan” bloku parlamentə Şuşa Bəyannaməsinin qınanılması ilə bağlı bəyanat layihəsi təqdim edib.