23 May 2022 22:57
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Sərkisyan-Köçəryan tandeminin rəhbərlik etdiyi “Müqavimət” hərəkatı Azərbaycan və Ermənistanın siyasi liderlərinin Brüsseldəki sonuncu görüşündə əldə olunan razılaşmaya etiraz olaraq bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlar Qarabağ ermənilərinin müqəddəratının gündəmdə olmadığını bir daha göstərdi.

"Nikol Paşinyan öz kreslosunu müdafiə etmək üçün Ermənistan və Qarabağ ermənilərini geosiyasi hərraca çıxarıb. Ermənistan elə bir vəziyyətə çatıb ki, təkcə "Artsax"ın gələcəyi deyil, həm də Ermənistanın suverenliyi sual altındadır.

Çarlz Mişelin yaydığı bəyanatda ermənilərin öz müqəddəratını təyinetmə hüququ, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı qeyd olunmur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zərurətindən söhbət belə getmir. Tərəflər hətta “Dağlıq Qarabağ” və ya “Dağlıq Qarabağ xalqı” ifadələrindən yayınıblar. Əvəzində “Qarabağın etnik erməni əhalisi” ifadəsi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin Azərbaycan tərəfindən təmin edilməli olması qeyd edilib. Bu o deməkdir ki, Qarabağ erməniləri Paşinyan-Əliyev razılaşmasına əsasən Azərbaycanın tərkibində milli azlıq sayılır".

Erməni müxalifəti hesab edir ki, Paşinyanın siyasəti nəticəsində guya Ermənistan türkləşəcək, Qarabağdakı ermənilər oranı tərk etməli olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər