9 Oktyabr 2022 08:17
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İstintaq Komitəsi Silahlı Qüvvələrdə xidmət aparan təxminən 12 600 nəfərə qarşı 1 600-ə yaxın cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət keçmə qaydası əleyhinə cinayətlər və hərbi əməliyyatlarla bağlı digər cinayətlərlə bağlı başlanmış cinayət işləri ilə bağlı məlumatları təqdim edib.

Nəticədə 883 nəfər, o cümlədən 17-si yüksək rütbəli olmaqla 78 zabit, 150 müqaviləli hərbi qulluqçu, 491 ehtiyatda olan hərbçi, 36 çağırışçı, 128 mülki şəxs ittiham olunub.

Artıq 29 şəxs barəsində 23 iş ittiham aktı ilə məhkəməyə göndərilib. Ümumilikdə 17 mindən çox insan dindirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər