21 Oktyabr 2022 10:53
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cermuk (Çarmıx - Dərələyəz mahalı) Azərbaycanın nəzarəti altındadır. Cermukun “Gömer” adlanan hissəsindən cəmi 4 kilometr yuxarıda türklər oturub, çox güclü tikinti işləri aparırlar, yollar çəkirlər".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Qara Pantera” dəstəsinin komandiri Serob Qasparyan “Hraparak” qəzetinə bildirib.

Qasparyan qeyd edib ki, onlar əvvəlki mövqelərini səkkiz kilometrə qədər irəli çəkiblər:

"Cermuk istiqamətində bütün strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir. Əsgərlərimizin tutduğu keçmiş mövqelərin 90 faizi hazırda azərbaycanlıların əlindədir. Təxminən 15 mövqe itirmişik. Hətta müharibənin getdiyi bir vaxtda belə onlar sürətlə yol çəkirlər. Məqsəd tez bir zamanda hərbi texnika və qoşunları həmin yolda hərəkət etdirməkdir. Bizim ərazilərdə insanlar piyada yemək toplayırlar, türklər elə sürətlə, elə keyfiyyətdə yollar salır ki, hətta sərnişin maşınları ilə o dağların arasından keçmək mümkündür. Əsgərini düşünüb səngər qazırlar, nəhəng dəmir-beton işləri görürlər, qarışqa kimi işləyirlər. Hətta sentyabr əməliyyatları zamanı traktorumuzu, kamazımızı vurdular. Tez gəlib orada post qurdular. Biz heç nə edə bilmədik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər