Rusiya Dumasının deputatı Konstantin Zatulin Ermənistanda "persona non-qrata" elan olunub, bu ölkəyə girişi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, Zatulin 44 günlük müharibə ilə bağlı müsahibələrində Ermənistanı ittiham edib, onun məğlub olduğunu vurğulayıb.
Eləcə də deputat Ermənistanın daxili işinə qarışdığına, Baş nazir Nikol Paşinyanın istefa verməsini dəfələrlə bəyan etdiyinə görə "persona non-qrata" elan edilib.
O, Ermənistan ərazisindən dəhlizin keçməsini də Nikol Paşinyanın imzaladığını açıqladığına görə Ermənistana səyahətinə qadağa qoyulub.