5 Noyabr 2022 13:00
10 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu gün İrəvanda mitinqə başlayan müxalifətə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın rəsmi media qurumları yazırlar.

Məlumata görə, Köçəryan bir sıra müxalif partiyaların rəhbərləri ilə görüşərək, uğursuz olacağı təqdirdə bunun onun iştirak edəcəyi müxalifətin son mitinqi olacağını açıqlayıb.

“Bu günlərdə müxalifətçilər mitinqin izdihamlı keçməsi üçün səylərini əsirgəmirlər və dünən müxalifətin mitinqində Robert Köçəryanın da iştirak edəcəyi məlum olub. Bununla belə, Köçəryanın komanda yoldaşları açıq şəkildə bildirdilər ki, vətəndaşların müxalifətin bundan əvvəlki mitinqlərində iştirakdan imtina etmələrinin əsas səbəbi sabiq prezidentin orada iştirak etməsi olub”, - məlumatda deyilir.

Komanda yoldaşları cəmiyyət arasında antireytinqinin olmasını əsas gətirərək, Köçəryanı mitinqə qatılmaqdan imtina etməyə çalışırlar. Sabiq prezident isə hələlik iştirak etməkdə israrlıdır.

Ermənistan müxalifəti bu gün saat 15:00-da İrəvanda hakimiyyət əleyhinə mitinqə başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər