Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Murla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, 2022-ci ildə Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri də Ermənistana səfər ediblər.