Rusiya-Gürcüstan arasındakı Lars yolu bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası yazıb.
“Gürcüstan və Rusiyanın dövlət qurumlarından alınan məlumata görə, Stepantsminda-Lars yolu (Rusiya-Gürcüstan sərhədi) bütün növ nəqliyyat vasitələri üçün bağlıdır”, - qeyd edilib.
Məlumat üçün deyək ki, sözügedən yol eyni zamanda Ermənistan və Rusiya arasında yeganə quru yoludur. Yolun güclü qar və şaxta səbəbindən bağlanması Ermənistan üçün problem deməkdir.