13 Fevral 2023 15:48
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ohanyan külli miqdarda maddi vəsaiti mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və oğurluqda ittiham olunur. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi istisna edilmir.

Xatırladaq ki, fevralın 8-də parlament Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib. Həmin gün onun deputat toxunulmazlığı ləğv olunub.

Ermənistan baş prokuroru Anna Vardapetyan sabiq müdafiə nazirinə qarşı cinayət işinə başlanması üçün parlamentdə üç vəsatət təqdim etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər